Filippində baş verən zəlzələdə ölənlərin sayı artıb

11-10-2025, 08:50 86 dəfə baxılıb

 


Filippinin cənubunda baş verən zəlzələdə həlak olanların sayı yeddiyə çatıb, 11 nəfər yaralanıb.


Yenisirvanli.info.az -ın məlumatına görə, bu barədə Filippinin Təbii fəlakətlərin təhlükəsinin azaldılması və nəticələrinin aradan qaldırılması üzrə Milli Şura məlumat verib.


Bildirilir ki, fəlakətdən 8.4 min nəfər zərər çəkib, onlardan, təxminən, səkkiz mini təxliyə mərkəzlərində yerləşdirilib.


Xatırladaq ki, Filippində oktyabrın 10-da səhər saatlarında maqnitudası 7.4 olan zəlzələ baş verib. Həmin gün axşam saatlarında maqnitudası 6.8 olan yeraltı təkanlar qeydə alınıb. Filippin seysmoloqları 700-dən çox afterşok qeydə alıblar. Şərqi Davao, Şərqi Samar, Cənubi Leyte və Şimali Suriqao əyalətləri fəlakətin təsiri altına düşüb, burada sunami haqqında xəbərdarlıq elan olunub.


Filippinin Sebu əyalətində oktyabrın 1-də baş verən zəlzələ nəticəsində isə 72 nəfər həlak olmuş, 294 nəfər yaralanmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031