Hökməli-Qobu yolunda baş verən qəzada ölənlərin sayı artdı

8-12-2025, 14:19 112 dəfə baxılıb

 

Hökməli-Qobu yolunda baş verən avtomobil qəzasında ölənlərin sayı üçə çatıb.


Bu barədə Yenisirvanli.info.az -a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.


Qeyd olunub ki, dekabrın 8-də saat 09:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qobu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.


Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.


Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərin (kişi) həkiməqədər ölüm faktı, bir nəfərin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031