Biləsuvarda qəzada ağır yaralanan yeniyetmə Bakıya göndərildi - Yenilənib

14-12-2025, 12:38 100 dəfə baxılıb

 

Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.


Belə ki, kənd sakini Xəyal Quliyev “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən yeniyetməni vurub.


Kənd sakini 2010-cu il təvəllüdlü N.T. adlı yeniyetmə qız aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.


Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmənin durumu ağır qiymətləndirilir.


Qeyd edək ki, hadisəni törədən sürücü və piyada qohumdur.


Faktla bağlı araşdırma aparılır.


***


Biləsuvarda yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan yeniyetmə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.


Qeyd edək ki, məktəbli qızı avtomobili ilə vuran Xəyal Quliyev hadisəni anasını əməliyyat üçün xəstəxanaya aparıb. Hadisə o, xəstəxanadan evə dönərkən baş verib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031