Ağdamda traktorçunun minaya düşməsi ilə bağlı araşdırmalara başlanılıb

18-12-2025, 10:32 105 dəfə baxılıb

 

Dekabr ayının 17-də Ağdam rayonunun Çəmənli kəndi ərazisində mina hadisəsi baş verib.


Yenisirvanli.info.az  xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.


Qeyd olunub ki, 1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Qədir Malik oğlu Məmmədov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.


Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.


Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.


ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031