Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

21-03-2026, 11:41 900 dəfə baxılıb


Suraxanı rayonunda qətl hadisəsi baş verib.


“Yenisirvanli.info.az”ın məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.


35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı hazırda araşdırma aparılır.


Qeyd edək ki, iki uşaq anası Pərvanə Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində müəllim işləyib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031