Bərdədə maşın su arxına düşdü - Ölən və xəsarət alan var

24-05-2026, 11:41 1 415 dəfə baxılıb

 

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


“Yenisirvanli.info.az”ın məlumatına görə, qəza rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb.


Belə ki, 1993-cü il təvəllüdlü Nadir Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib. Nəticədə avtomobil yol kənarındakı su arxına düşüb.


Qəza zamanı sürücü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişin — 1996-cı il təvəllüdlü Pəri Həsənova isə hadisə yerində həyatını itirib.


Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031