TƏBİB-dən Hacıqabuldakı qəza ilə bağlı - Açıqlama

12-07-2026, 12:37 1 796 dəfə baxılıb

 Hacıqabul rayon Muğan kənd ərazisində sərnişin avtobusu aşması səbəbilə xəsarət alan 28 nəfər (12 kişi, 7 qadın, 9 azyaşlı) Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub.


Bu barədə “Yenisirvanli.info.az”ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.


Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.


“Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, - deyə əlavə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031