“Azərsilah”ın poliqonunda yanğın oldu
Dünən axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın hadisəsi olub.
“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: