Qubada 7 kq narkotik aşkarlanıb

10-08-2026, 10:38 238 dəfə baxılıb

 

Quba rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz silah saxlama ilə bağlı əməliyyatlar keçirilib.

Yenisirvanli.İnfo.Az bildirir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb.

Ondan ümumilikdə 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd “AKM” markalı avtomat aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Məhkəmənin qərarı ilə X. Muradov və Z. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930