Ağstafada kişi meyiti tapılıb

11-08-2026, 10:26 103 dəfə baxılıb

 

Ağstafada kişi meyiti aşkarlanıb.

Yenisirvanli.İnfo.Az bildirir ki,APA-nın yerli bürosunun məlumatına görə, meyit rayonun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Araşdırma zamanı meyiti aşkarlanan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z. Yolçiyev olduğu müəyyənləşdirilib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizanın və Patoloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Ölümün səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031