Bakıda DƏHŞƏTLİ YANĞIN - Ölən var - VİDEO

26-08-2026, 10:24 106 dəfə baxılıb

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenisirvanli.İnfo.Az bildirir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bir neçə ailənin yaşadığı ümumi sahəsi 700kv.m.olan bir dam altında tikilmiş birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir dam altında tikilmiş bir neçə ailənin yaşadığı taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 150kv.m. sahədə, bitişik yerləşən ümumi sahəsi 100 kv.m. olan qarajın konstruksiyaları 10kv.m. sahədə yanıb. Yanğın yerinin müayinəsi zamanı 1990-cı il təvəllüdlü Tapdıqov Fərid Əliyar oğlunun meyiti aşkar olunub.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930