Xankəndidə “Niva” hərəkətdə olarkən yandı

31-08-2026, 10:17 138 dəfə baxılıb

 

Xankəndidə “Niva” hərəkətdə olarkən yanıb.

Yenisirvanli.İnfo.Az bildirir ki, hadisə Xankəndi-Şuşa avtomobil yolunda baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Yasin Əliyevə məxsus “Niva” markalı “17-BF-259” dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən anidən alovlanıb. Qısa müddətdə avtomobili bürüyən alov nəticəsində nəqliyyat vasitəsi tamamilə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xankəndi şəhər yanğınsöndürmə bölməsinin əməkdaşları yanğını söndürüblər.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031