ŞOK: Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

25-09-2026, 10:01 126 dəfə baxılıb

 

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib.

Yenisirvanli.İnfo.Az Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir.

Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlıq Mərkəzinə müraciət edib. Ailənin iddiasına görə, stomatoloq Samir Novruzov dişi çəkdikdən sonra mərhumun halı kəskin pisləşib. Vəziyyəti ağırlaşan Leyla Əhmədova Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Həkim Məhəmməd Davudov tərəfindən müalicə və əməliyyat olunaraq Reanimasiya şöbəsinə götürülən xəstə sentyabrın 6-da dünyasını dəyişib.

“Müayinə zamanı iynə vurularkən qızım kəskin ağrıdan qışqırdı. Hətta assistenti də həkimə sinirə toxunduğunu bildirdi. İltihablı və şişkin dişi rentgensiz çıxardı. Evə gələndən sonra da ağrısı və keylik keçmədi. Həkim heç bir məsuliyyət daşımadığını deyir. Mənim övladım bir dişin qurbanı oldu. Cəzasını çəkməsini tələb edirəm”, – mərhumun anası deyib.

“Xəstə müraciət etdi, biz öz işimizi gördük. Rentgenə ehtiyac olanda göndəririk. Hazırda məsələ ilə bağlı TƏBİB və hüquq-mühafizə orqanları araşdırma aparır. Ətraflı məlumatı aidiyyəti qurumlardan ala bilərsiniz”, – deyə diş həkimi Samir Novruzov bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031