Dövlətə 2 milyona yaxın borcu olan iş adamının ölkədən çıxışı QADAĞAN EDİLDİ

25-09-2026, 10:11 55 dəfə baxılıb

Külli miqdarda vergi borcu olan iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, Ağcabədi rayon sakininə məxsus şirkətin dövlət büdcəsi və fondlara ümumilikdə 1 milyon 881 min 931 manat vergi borcu yaranıb.

 Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən borcların ödənilməsi ilə əlaqədar MMC-yə dəfələrlə bildirişlər göndərilsə də, ödənişlər yerinə yetirilməyib.


Nəticədə həmin idarə son olaraq, MMC-nin 41 yaşlı rəhbəri qarşısında məhkəmədə iddia qaldırıb. İddiada həmin borclar ödənilənədək şirkət rəhbərinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması xahiş olunub.


Şirvan Kommersiya Məhkəməsi iddianı təmin edərək, 41 yaşlı biznesmenin Azərbaycandan çıxışına qadağa qoyub. Modern.az



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031