Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı

28-09-2026, 10:43 81 dəfə baxılıb

 

İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi baş verib.
Yenisirvanli.İnfo.Az  “Report”a istinadən xəbər verir ki, hadisə zavodun anbarlarından birində qeydə alınıb.
Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub.
Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğuya cavab olaraq bildirilib ki, yanğınla bağlı xəstəxanaya müraciət daxil olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031