Zinəddin Zidan 100 milyon avroluq təklifdən imtina etdi

4-06-2025, 10:22 509 dəfə baxılıb

 

Fransalı mütəxəssis Zinəddin Zidan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan baş məşqçi postunu tutmaq üçün təklif alıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Fransanın “LʼÉquipe” nəşri məlumat yayıb.

Bildirilir ki, Zidan karyerasını bərpa edə bilər və hazırda onun qarşısında bir neçə variant var. Onlardan biri də “Əl-Hilal” klubunun təklifi olub. Klub məşqçiyə illik məvacibi 100 milyon avrodan çox olan bir illik müqavilə təklif edib. Lakin Zidan bu təklifdən imtina edib.

Jurnalistlər onu da qeyd ediblər ki, Zidan fərqli bir layihəyə rəhbərlik edə bilər. Bu kontekstdə Fransa millisinin adı çəkilir. Hazırda Fransa yığması dünya çempionatının seçmə oyunlarına hazırlaşır.Qaynarinfo



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031