Azərbaycan boksçuları Monteneqrodakı beynəlxalq turnirə qatılacaqlar

1-03-2025, 17:28 69 dəfə baxılıb

 

Azərbaycan təmsilçiləri martın 3-də Monteneqronun Budva şəhərində start götürəcək gənc boksçular arasında "Adriatik incisi" beynəlxalq turnirində iştirak edəcəklər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, milli həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.

Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.

Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kq), Cəmilə Sultanlı (50 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) rinqə çıxacaq.

"Adriatik incisi"ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, yarışa martın 2-də yollanacaq komanda ayın 10-da Bakıya dönəcək.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031