Salah Runinin rekordunu təkrarladı

2-11-2025, 15:34 122 dəfə baxılıb

 

“Liverpul”un hücumçusu Məhəmməd Salah “Aston Villa” ilə oyunda hesabı açaraq rekorda imza atıb.


“Yenisirvanli.info.az” “Squawka”ya istinadən xəbər verir ki, Salah “Mançester Yunayted”in sabiq üzvü Ueyn Runinin rekordunu təkrarlayıb.


Belə ki, Salah bir komandada qol və məhsuldar ötürmə sayında Premyer Liqa rekorduna çatıb. O, indiyədək 276 qolun vurulmasında iştirak edib.


Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un şərəfini qoruyur. Ueyn Runi isə 2004-2017-ci illərdə “qırmızı şeytanlar”da çıxış edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031