Mbappe PSJ-dən 6 milyon avro tələb edir

8-02-2026, 09:13 476 dəfə baxılıb

 

“Paris-Sent-Jermen” ilə onun sabiq futbolçusu Kilian Mbappe arasındakı hüquqi mübahisə davam edir.


“Yenisirvanli.info.az” xəbər verir ki, məhkəmə icraçısı futbolçuya məxsus olduğu bildirilən təxminən 6 milyon avroluq ödəniş tələbi ilə PSJ-nin baş qərargahına müraciət edib.


Məbləğin ödənişli məzuniyyətlər və faizlərlə bağlı olduğu qeyd olunur.


Dekabrda çıxarılan məhkəmə qərarına əsasən, PSJ Mbappeyə ümumilikdə 60,9 milyon avro ödəməli idi. Klub 55 milyon avronu köçürsə də, qalan 5,9 milyon avro hələ də ödənilməyib. PSJ-nin borcu ödəməsi üçün səkkiz gün vaxtı var, əks halda vəsait bank hesablarından tutula bilər.


Klub rəhbərliyi bütün ödənişlərin edildiyini bildirsə də, Mbappe bu iddianı qəbul etmir. Paris təmsilçisi fevralın 19-dək apellyasiya şikayəti verə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031