Qayıdışını qolla qeyd etdi

15-02-2026, 08:22 576 dəfə baxılıb

 

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo 3 oyunluq fasilədən sonra heyətə qayıdıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, portuqaliyalı hücumçu Pro Liqanın 22-ci turu çərçivəsində bu gün keçirilən “Əl-Fateh”lə matçın start heyətində yer alıb.


Ronaldo oyunda fərqlənərək komandasının qollarından birini vurub və qayıdışını qolla qeyd edib. Bu, ulduz futbolçunun karyerasındakı 962-ci qol olub.


Qeyd edək ki, oyun “Əl-Nəsr”in 2:0 qələbəsi ilə başa çatıb.


Xatırladaq ki, 39 yaşlı futbolçu komandasının son 3 oyununda (2-si çempionat, 1-i Asiya Çempionlar Liqası) meydana çıxmamışdı. Ronaldo bu addımı Səudiyyə Ərəbistanı Suveren Fondunun siyasətinə və klub işçilərinin maaşlarının gecikdirilməsinə etiraz olaraq atmış və oyunları boykot etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031