Millimiz İrlandiyaya qarşı

27-02-2026, 12:00 717 dəfə baxılıb

 

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.


“Yenisirvanli.info.az” xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu yığma Dublində İrlandiya komandasının qonağı olacaq.


Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da “National Basketball Arena”da start götürəcək.


Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub. Komanda qrupda 2 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031