Juninyo qol vurdu, Azərbaycandakı günlərini yada saldı

14-04-2026, 11:27 936 dəfə baxılıb

 

Meksikanın “Pumas” klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Juninyo Olavio növbəti qolunu vurub.


“Yenisirvanli.info.az” xəbər verir ki, o, 14-cü turda “Mazatlan”ı 3:1 hesabı ilə məğlub etdikləri oyunda ikinci qolun müəllifi olub.


Braziliyalı hücumçu qarşılaşmadan sonra çıxışı ilə bağlı fikirlərini bildirib. 29 yaşlı forvard Azərbaycandan sonra Meksikaya da uyğunlaşdığını deyib: “Komandaya daha bir qol vurmaqla kömək edə bildiyim üçün xoşbəxtəm. Turnir cədvəlinin yüksək pillələrində yer aldığımız üçün hər xal dəyərlidir. “Pumas”da çox xoşbəxtəm, Azərbaycanda olduğu kimi, Meksikada da həm komandama, həm də ölkəyə qısa müddətdə uyğunlaşıram. Getdikcə daha rahat və inamlı oluram”.


Qeyd edək ki, J.Olavio “Pumas”ın heyətində 14 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031