AFFA niyə Avropa çempionlarını təbrik etmədi?

6-06-2026, 12:51 1 562 dəfə baxılıb

 

Azərbaycan minifutbol milli komandasının Avropa çempionu olması ölkənin idman camiəsini sevindirdi.


“Yenisirvanli.info.az” xəbər verir ki, Slovakiyada keçirilən turnirin finalında Ukraynanı 2:0 hesabı ilə məğlub edən komandamız bu titula ikinci dəfə yiyələndi.


Komandamız tarix yazaraq kuboku növbəti dəfə ölkəmizə gətidi. Onların bu uğuru dövlət səviyyəsində də qeyd olundu.


İstər Misli Premyer Liqasında mübarizə aparan klublar, istərsə də, idman federasiyaları komandamızı təbrik etdi, müxtəlif paylaşımlar edildi. Amma AFFA Azərbaycan minifutbol komandasını təbrik etmədi.


Qurumun nə saytında, nə də sosial şəbəkə hesablarında bununla bağlı heç bir paylaşıma rast gəlmədik. Əslində elə komandamızı təbrik edən ilk qurumlardan biri AFFA olmalı idi. Dünya və Avropa çempionu olan millimizə dəstək də göstərilməli idi. Lakin AFFA heç bir paylaşım etməyərək diqqətləri üzərinə çəkdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031