Tənqidlərə cavab verdi - “Sakitləşin, Ayda yaşamırıq”

11-06-2026, 09:16 1 609 dəfə baxılıb

 

2026-cı il Dünya Çempionatının başlamasına saatlar qalmış keçirilən mətbuat konfransında FIFA prezidenti Canni İnfantino təşkilata yönələn tənqidlərə cavab verib.


“Yenisirvanli.info.az”ın xəbərinə görə, Meksikanın paytaxtı Mexiko şəhərində çıxış edən İnfantino immiqrasiya məhdudiyyətləri, viza problemləri və bilet qiymətləri ilə bağlı sualları cavablandıraraq mediadan diqqəti futbola yönəltməyi istəyib.


FIFA rəhbəri ABŞ-nin sərhəd və viza siyasəti ilə bağlı tənqidlərə münasibət bildirərkən təşkilatın hökumətlərin qərarlarına təsir imkanlarının məhdud olduğunu vurğulayıb.


“Biz Ayda yaşamırıq, Yer planetində yaşayırıq. Hökumətləri və təhlükəsizlik qüvvələrini idarə edən dünyanın kralları deyilik. Biz əlimizdən gələni edən bir idman təşkilatıyıq. Bəzən sakitləşmək və rahatlamaq lazımdır. Qışqırmaq problemləri həll etmir”, – deyə İnfantino bildirib.


FIFA prezidenti DÇ üçün indiyədək 6 milyondan çox bilet satıldığını açıqlayıb. O, biletlərin ucuzlaşdırılmasının “qara bazar” satışlarını artıracağını qeyd edərək, əldə olunan gəlirlərin futbolun inkişafına yönəldildiyini bildirib.


İnfantinonun sözlərinə görə, turnir biletlərinin qiyməti ABŞ-də keçirilən bir çox iri idman tədbirlərinin pley-off mərhələlərindən daha aşağıdır.


ABŞ ilə İran arasında gərgin münasibətlər fonunda İran millisinin turnirdə iştirakının təmin edilməsini FIFA-nın uğuru kimi qiymətləndirən İnfantino prosesə verdiyi dəstəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.


FIFA rəhbəri Trampla yaxşı münasibətlərinin olduğunu vurğulayaraq, onun dəstəyi olmadan ABŞ-də DÇ-nin təşkilinin daha çətin olacağını bildirib.


İnfantino media və ictimaiyyəti siyasi mübahisələrdən çox turnirə və futbola diqqət ayırmağa çağırıb. O bildirib ki, FIFA qarşıya çıxan problemlərin həlli istiqamətində işlərini davam etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930