DÇ-2026: Almaniya və Niderland milliləri səhnəyə çıxırlar
Futbol üzrə dünya çempionatının həyəcan dolu anları bütün sürəti ilə davam edir.
“Yenisirvanli.info.az”ın məlumatına görə, qrup mərhələsinin ilk turu çərçivəsində azarkeşləri yaşıl meydanlarda daha bir neçə maraqlı qarşılaşma gözləyir.
Günün ilk maraqlı dueli E qrupunda yer alan Almaniya və Kürasao yığmaları arasında baş tutacaq. Bu matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. E qrupunda həmçinin Kot-d'İvuar millisi Ekvadorla gücünü sınayacaq ki, bu gərgin mübarizə də iyunun 15-i saat 03:00-da start götürəcək.
İyunun 15-nə keçən gecə və səhər saatlarında keçiriləcək digər qarşılaşmalar da futbolsevərləri ekran başına toplayacaq. Belə ki, F qrupu çərçivəsində baş tutacaq Niderland - Yaponiya matçı gecə yarısı, saat 00:00-da, İsveç və Tunis arasındakı oyun isə səhər saat 06:00-da başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: