"Qarabağ"ın ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır

Bu gün, 13:09 1 815 dəfə baxılıb

 UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" cavab oyunu üçün biletlər bu gün saat 17:00-dan etibarən satışa çıxarılacaq.


“Yenisirvanli.info.az”  xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, biletləri iTicket.az vasitəsilə onlayn şəkildə almaq mümkün olacaq. Bir biletin qiyməti 28 AZN təşkil edir.


Sofiyadakı "Vasil Levski" arenasında "Qarabağ" azarkeşləri üçün 800 yer ayrılıb.


Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da Sofiyada baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031