“Ən ağır yükünüz olimpiya dünya çempionları olsun!” - Firdovsi Umudovdan güləşçilərə dəstək+Video

Bu gün, 18:14 1 836 dəfə baxılıb

 Güləş üzrə dünyanın ən yaxşı məşqçisi adına layiq görülmüş azərbaycanlı mütəxəssis, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli məşqçi Firdovsi Umudov iyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında iştirak edəcək idmançılarımıza dəstək olub.


“Yenisirvanli.info.az” xəbər verir ki, gənc güləşçilərimizlə görüşən F.Umudov onlara dəstək olub, DÇ-də uğurlu çıxış etmək üçün tövsiyələrini verib.


Azərbaycan güləşində böyük iz buraxmış mütəxəssis komandamızın üzvlərinə son damla qanlarına, son nəfəslərinə qədər döyüşməli olduqlarını bildirib. Mütəxəssis bununla bağlı həmçinin paylaşım edib: “Dünya çempionatı kimi məsuliyyətli bir yarışın astanasındayıq. Doğma divarlar arasında, öz xalçamız üzərində güləşəcəyik. Fikrimcə, bundan böyük motivasiya ola bilməz. Ölkə rəhbərliyinin qayğısı, federasiya rəhbərliyinin etimadı sayəsində buralara gəldik. Bir-birimizə arxalandığımız müddətdə kürəyimiz yerə gəlməz. Hacı Əliyev və məşqçilər korpusu bu dəfə yarışın həyəcanını xalçanın kənarında yaşayacaqlar. Mənim bir zaman keçirdiyim hissləri onlar da keçirəcək. Çiyinlərinizdəki ən ağır yük dünya, olimpiya çempionları olsun dəyərli dostlarım. Hər birinizə inamımız sonsuzdur Əziz idmançılar. Bayrağımız, himnimiz naminə daim irəli”.


Qeyd edək ki, Firdovsi Umudov həmçinin Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti, “Sərhədçi” İdman Mərkəzinin idman bölməsinin rəisi, Azərbaycan Güləş Federasiyasının (AGF) Etika və İntizam komitəsinin üzvüdür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031