Kanoeçimiz Avropa ikincisi oldu - Video-Fotolar

26-07-2026, 17:44 1 860 dəfə baxılıb

23-26 iyul tarixlərində Macarıstanın Seqed şəhərində keçrilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında təmsilçimiz Tatyana Smilovenko uğurlu nəticə göstərib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, milli komandamızın üzvü 500 metr məsafədə birnəfərlik kanoe qayığında mükafatçılar sırasına düşüb. Tatyana həlledici mərhələ olan A finalında finiş xəttini 2-ci keçərək gümüş medala sahib olub.


Xatırladaq ki, Tatyana Smilovenkonun milli komandamız adından qitə çempionatında qazandığı ikinci medaldır. O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunmuş 23 yaşa qədər idmançılar arasında Avropa çepionatında 3-cü yer tutub.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031