Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq

Bu gün, 12:37 1 853 dəfə baxılıb

 Bu gündən Bakıda güləş üzrə U17 dünya çempionatına start verilir.


“Yenisirvanli.info.az” xəbər verir ki, yarışın ilk günündə beş çəkidə mübarizə aparacaq yunan-roma güləşçiləri xalça üzərinə çıxacaqlar.


Belə ki, bu gün 48, 55, 65, 80, 110 kq-da mübarizə aparan idmançılar güclərini sınayacaqlar.


Qeyd edək ki, ilkin mərhələ görüşləri 10:30-da start götürəcək. 17:15-də yarışın açılış mərasimi, 18:00-da isə yarımfinallar başlayacaq.


1/8 final


48 kq


Ömər Salmanov - Avinaş Çetake (Hindistan)


Təsnifat mərhələsi


55 kq


Qurban Məcnunov - Alixan Minazarov (Qırğızıstan)


65 kq


Orxan Həbibli - Qaspar Sançes (Çexiya)


80 kq


İsfahan Həsənov - Toma Yelenç (Xorvatiya)


110 kq


Emin Baxşəliyev - Andrey Simiç (Serbiya)


Qeyd edək ki, U17 güləş üzrə dünya çempionatı 27 iyul - 2 avqust tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031