Avropa çempionu olmuş italıyalı karyerasını bitirdi

15-08-2026, 11:05 59 dəfə baxılıb

 

İtaliya milli komandasının sabiq futbolçusu Çiro İmmobile karyerasını başa vurub.

Yenisirvanli.İnfo.Az bildirir ki, son olaraq Fransanın "Paris" klubunun formasını geyinən hücumçu 36 yaşında futbolla vidalaşıb. Onun Parisin eyniadlı təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulsa da, komandanı vaxtından əvvəl tərk edib.

Qeyd edək ki, Çiro İmmobile karyerası ərzində "Latsio", "Borussiya Dortmund", "Yuventus", "Beşiktaş", "Sevilya", "Torino", "Cenoa", "Bolonya", "Peskara", "Qrosseto" və "Siena" komandalarının da şərəfini qoruyub.

Veteran hücumçu 4 dəfə İtaliya A Seriyasının bombardiri olub, Avro-2020-də yığma ilə qızıl medal qazanıb. İmmobile "Latsio"nun tarixinin ən sərrast futbolçusudur.

O, 2020-ci ildə "Qızıl butts" mükafatına da layiq görülüb.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930