Azərbaycan Dünya çempionatında daha bir medal qazandı

7-10-2026, 09:00 62 dəfə baxılıb

 

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Daniel Karninlə qarşılaşıb.

Rəqibinə qalib gələn Məmmədəliyev dünya üçüncüsü olub.

Bu gün mübarizəyə qoşulan digər cüdoçular – Hidayət Heydərov (73 kiloqram) 1/8, Xədicə Qədəşova (57 kiloqram) 1/32 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031