Dünyanın ən bahalı futbolçuları - Yeni siyahıda kimlər var?

11-10-2026, 09:54 55 dəfə baxılıb

 

Hazırda dünyanın ən bahalı futbolçuları İngiltərənin "Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Holand və İspaniyanın "Barselona" klubunun gənc ulduzu Lamin Yamaldır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Almaniyanın "Transfermarkt" portalının bu il üçün açıqladığı yeni qiymətləndirməyə əsasən, hər iki futbolçunun transfer dəyəri 220 milyon avro təşkil edir.

Siyahının ilk üçlüyündə transfer dəyəri 200 milyon avro olan İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kilian Mbappe də yer alıb.

Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Maykl Olisenin qiyməti 10 milyon avro artaraq 180 milyon avroya çatıb. Müqayisə üçün qeyd edilib ki, "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Juniorun dəyəri isə gözlənilmədən 10 milyon avro azalaraq ilk onluğun sonuncu pillələrinə geriləyib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031