Azərbaycan UEFA reytinqində irəlilədi

14-10-2026, 09:50 60 dəfə baxılıb

 

“Sabah”ın Çempionlar Liqasının 2-ci turunda Praqa “Slaviya”sına 2:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın UEFA reytinqində irəliləməsinə səbəb olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu qələbə ölkəmizin aktivinə 0,500 xal əlavə edib.

Nəticədə Azərbaycan son 5 mövsümün nəticələrinə əsasən hesablanan UEFA ölkələr reytinqində İsraili geridə qoyaraq 24-cü pilləyə yüksəlib. Hazırda ölkəmizin 24,187 xal var.

Azərbaycan klubları cari mövsümdə ümumilikdə 5,625 xal toplayıblar. Klubların UEFA reytinqində də “Sabah” irəliləyib. Bakı təmsilçisi bu mövsüm qazandığı 8 xal sayəsində ümumi xalını 14-ə çatdırıb və 147-ci pillədən 130-cu yerə yüksəlib.

“Qarabağ” isə 36,250 xalla 59-cu sırada qərarlaşıb.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031