Büdcədə artıq qalan vəsaitlər bu banklara veriləcək – SİYAHI

19-05-2025, 18:47 208 dəfə baxılıb

 

Büdcədə artıq qalan vəsaitlər yalnız sistem əhəmiyyətli 5 bankda yerləşdiriləcək.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərbəst vəsaitlərinin yalnız sistem əhəmiyyətli banklarda yerləşdiriləcəyini açıqlayıb. Məqsəd dövlət vəsaitlərinin daha təhlükəsiz və səmərəli idarə olunmasını təmin etməkdir.
Nazirliyin məlumatına əsasən, indiyə qədər iki depozit hərracı keçirilib. Bu hərraclarda bir və üç aylıq yerləşdirmə ilə ümumilikdə 1,5 milyard manat həcmində vəsait sistem əhəmiyyətli banklara depozit kimi yerləşdirilib.

“Mərkəzi Bank”ın son reyestrinə əsasən, ölkədə sistem əhəmiyyətli banklar aşağıdakılardır:

“Azərbaycan Beynəlxalq Bankı” (ABB), “Kapital Bank”, “PAŞA Bank”, “Bank Respublika”, “Unibank”

Qeyd edək ki, aprel ayında “Mərkəzi Bank” sistem əhəmiyyətli banklar siyahısında dəyişiklik edərək “Xalq Bank”ı “Unibank”la əvəzləyib.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031