Bakının bu rayonunda yeni park salınacaq – 2,4 milyon ayrıldı

4-06-2025, 10:00 262 dəfə baxılıb

 

Bakının Nəsimi rayonunda yeni park salınması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.

Məlumata görə, yeni park 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə salınacaq.
BŞİH-in “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq yeni istirahət parkının salınması ilə hazırlıqları başa çatdırıb.

İcra Hakimiyyəti parkın layihə-smeta sənədlərinin hazırlanması işlərini “Az.Arxitektura” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkət Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərini 2.387.833,84 manata hazırlayacaq



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031