"Azərbaycan və Çinin iqtisadi-ticarət əməkdaşlığı böyük potensiala malikdir" - Baş nazirin müavini

10-11-2025, 12:32 105 dəfə baxılıb

 

"Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşı, ən böyük idxal mənbəyi ölkəsidir".


Yenisirvanli.info.az APA-ya istinadla xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çinin "Xalq gündəliyi" qəzetinə müsahibəsində deyib.


Baş nazirin müavini bildirib ki, bu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3.4 milyard ABŞ dollarına çatıb və ötən illə müqayisədə 28% artıb: "Bu isə tərəflərin iqtisadi-ticarət əməkdaşlığının davamlı dərinləşdiyini və böyük potensiala malik olduğunu tam təsdiqləyir".


Səkkizinci Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) iştirak edən Baş nazirin müavini qeyd edib ki, bu platforma vasitəsilə bizim şirkətlər Çin istehlakçılarının seçimini və bazar tendensiyalarını dərindən öyrənə bilir, bu da Çin bazarına daha dəqiq uyğunlaşmağa şərait yaradır: "Eyni zamanda Çin qanunvericiliyi, gömrük siyasəti və logistika sistemi ilə tanış olmaq üçün imkan yaradır və gələcək praktiki əməkdaşlıq üçün möhkəm əsas qoyur."






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031