Səkkiz min manatlıq müavinət kimlərə veriləcək? - Deputat açıqladı

8-12-2025, 08:26 3 dəfə baxılıb

 

"Azərbaycanda yeni müavinətin verilməsinə başlanılacaq. Belə ki, Dövlət qulluğu haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur".


Yenisirvanli.info.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.


Səkkiz min manatlıq müavinət kimlərə veriləcək? - Deputat açıqladı


Deputat bildirib ki, qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər:


"Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə ortaaylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək".


"2024-cü ilin yekunlarına əsasən, dövlət qulluqçularının sayı 27.4 min nəfərdir və onların ortaaylıq nominal məvacibi təxminən iki min manatdır. Bu o deməkdir, yeni müavinətin məbləği orta hesabla 8 min manat (ortaaylıq dövlət məvacibi - 2 min manat X 4) olacaq. Bu müavinətin təyinatında məqsəd vətəndaşlarımızın sosial təminatını daha da gücləndirmək və dövlət qulluqçularının ailələri üçün sosial müdafiə imkanlarını genişləndirməkdir", - deyə V.Bayramov qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031