ABŞ bir ölkəyə dollar tədarükünü dayandırdı

22-04-2026, 10:22 977 dəfə baxılıb

 

ABŞ İraq hökumətinə təzyiq göstərmək və onları yerli iranyönümlü hərbi qruplaşmalarını buraxmağa məcbur etmək məqsədilə bu ölkəyə dollar əsginaslarının tədarükünü dayandırıb. Həmçinin Bağdadla təhlükəsizlik sahəsindəki əməkdaşlıq proqramlarını dondurub.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.


Bildirilib ki, ABŞ Maliyyə Nazirliyi İraq neftinin satışından əldə edilən və Nyu-York Federal Ehtiyat Bankının hesablarında olan təxminən 500 milyon dollar vəsaitin göndərilməsini bloklayıb. Qeyd olunur ki, bu, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri Vaşinqton tərəfindən İraqa göndərilməsi dayandırılan ikinci nağd pul partiyasıdır.


Qəzet bildirir ki, ABŞ rəhbərliyi eyni zamanda İraq hərbçilərinin və antiterror bölmələrinin hazırlığı üzrə bir sıra proqramların maliyyələşdirilməsini də dayandırıb. Nəşrinin qənaətinə görə, Vaşinqtonun atdığı bu addımlar onun Bağdada təzyiqləri artırmaq və İraqın İranla əlaqələrini zəiflətmək niyyətini nümayiş etdirir.


Nəşr xatırladır ki, 2003-cü ildə ABŞ-nin İraqa hərbi müdaxiləsindən sonra bu ölkənin neft satışından əldə etdiyi gəlirlər Nyu-York Federal Ehtiyat Bankında saxlanılmağa başlanıb. Eyni zamanda, 2015-ci ildə də ABŞ həmin vəsaitlərin bir hissəsinin İŞİD terror qruplaşmasının əlinə keçməsi şübhəsi ilə İraqa nağd pul verilməsini müvəqqəti olaraq dondurmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031