Blokada xəbəri neft qiymətlərini yüksəltdi

29-04-2026, 11:14 1 074 dəfə baxılıb

 

ABŞ-nin İran limanlarına qarşı blokadanı genişləndirə biləcəyi barədə xəbərlər qlobal enerji bazarlarında qiymət artımını sürətləndirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, qlobal bazarda etalon sayılan “Brent” markalı neft üzrə iyun fyuçersləri 0,47 faiz bahalaşaraq, bir barel üçün 111,78 dollara çatıb.


Bununla da “Brent” markalı neft ardıcıl səkkizinci ticarət günündə artım nümayiş etdirib.


Daha aktiv ticarət olunan iyul fyuçersləri də 0,4 faiz artaraq, 104,84 dollar səviyyəsinə yüksəlib.


ABŞ-nin Qərbi Texas Aralıq nefti (WTI) üzrə iyun fyuçersləri isə 57 sent artaraq, bir barel üçün 100,50 dollara çatıb. Əvvəlki sessiyada 3,7 faiz kəskin yüksəliş qeydə alan WTI qiymətləri son səkkiz ticarət gününün yeddisində artımla bağlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031