Onlara 937 milyon manat müavinət və təqaüd ödənildi

17-06-2026, 12:39 1 675 dəfə baxılıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-may aylarında 1 mln. 21 min şəxsə 937 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, onlardan 505 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 529 milyon manat, 407 min nəfərə Prezident təqaüdü olaraq 339 milyon manat, 109 min nəfərə isə sosial sığorta hesabına müavinət olaraq 69 milyon manat ödəniş edilib.


Ödənilən vəsait keçən ilin müvafiq dövrünə nisbətən dövlət büdcəsi hesabına müavinətlər üzrə 15 faiz, təqaüdlər üzrə isə 17 faiz çox olub.


Yanvar-may aylarında daha 64 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 944 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031