Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək

8-08-2026, 10:48 106 dəfə baxılıb

 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
 
Yenisirvanli.İnfo.Az bildirir ki,bu barədə Moderator.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
 
15 vaqondan ibarət, çəkisi 1049 ton olan buğda və 10 vaqondan ibarət 700 ton daş kömür Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
 
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 37 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları göndərilib.
 
Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031