Azərbaycan nefti ucuzlaşıb

26-08-2026, 10:20 66 dəfə baxılıb

 

Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb

Yenisirvanli.İnfo.Az bildirir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti nəzərəçarpacaq dərəcədə geriləyib.

Bir barelin dəyəri 3,2 dollar və ya 3,36 faiz ucuzlaşaraq 91,93 dollara enib. Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə isə eyni markanın qiyməti 3,12 dollar (3,4 faiz) azalaraq 88,5 dollar təşkil edib.

Eyni zamanda “Brent” markalı neftin oktyabr fyuçersləri 89 dollar səviyyəsində qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti barel üçün 65 dollar əsas götürülüb. “Azeri Light” nefti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil olunur və müqavilədə SOCAR-ın payı 35,3 faizdir.

Qeyd edək ki, bu markanın tarixi minimumu 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimumu isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Son günlərdə Hörmüz boğazı ilə bağlı gözləntilərin artması da qlobal neft qiymətlərinə təzyiq göstərməkdədir.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930