Dünya bazarında neft ucuzlaşdı
Dünya bazarında neft qiymətləri kəskin eniş edib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 2,27 dollar və ya 2,19% azalaraq bir barel üçün 101,60 dollara düşüb.
“WTI” markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 2,22 dollar və ya 2,21% ucuzlaşaraq 98,08 dollar təşkil edib.
Neftin ucuzlaşmasına ABŞ və İran arasında diplomatik təmasların bərpa oluna biləcəyinə dair gözləntilər və Səudiyyə Ərəbistanından neft ixracının artması təsir göstərib.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: