AR Ali Məhkəməsinin İnzibati Kollegiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özbaşınalığna son qoydu...

11-08-2026, 10:19 319 dəfə baxılıb

Son illərin ən acınacaqlı və ürəkağrıdan problemlərindən biri əlillik dərəcələrinin kütləvi şəkildə ləğv edilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) dövlət büdcəsini “qorumaq canfəşanlığı” ilə hətta müddətsiz təyin olunmuş əlillik statuslarını belə ləğv edir. Bununla bağlı Azərbaycanın inzibati məhkəmələrində qalaq-qalaq vətəndaş şikayəti toplanıb.

Çox vaxt məhkəmə orqanları vətəndaşın haqlı tələbini müdafiə etdikdə DTSERA “qiyam” bayrağı qaldırır; nəinki vətəndaşa, hətta məhkəmə orqanına karşı kassasiya şikayəti vermək üçün “qollarını çırmalayır”. Təbii ki, vətəndaşların əlilliyi ləğv edildiyi andan onların sosial təminatları da dayandırılır. Bizim “dostumuz” olan agentlik isə vətəndaşdan əsirgədiyi müavinəti cavabdeh qismində məhkəmələrə rüsum ödəyərək xərcləyir və ciddi-cəhdlə vətəndaşın haqqını tapdamağa çalışır. Hətta agentlik özündən o qədər müstəbeh bir mövqeyə çatıb ki, Ali Məhkəmənin qərarlarını icra etmir, onlara hörmətsizlik göstərir.

Nəhayət ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 19 may tarixli, 15(1-8)-69/2026 saylı müdrik bir qərar qəbul etdi. Qərarın məzmunu ondan ibarətdir ki, agentlik vətəndaşın əlilliyini ləğv etdikdən sonra vətəndaş məhkəməyə müraciət edərsə, yekun qərar əldə olunana qədər onun sosial təminatı dayandırılmayacaq. Agentlik prosesi nə qədər uzatsa, vətəndaş müavinətini bir o qədər almaqda davam edəcək. Nəticədə məhkəmə iddiaçının və ya cavabdehin xeyrinə qərar qəbul etdikdən sonra mübahisəyə nöqtə qoyulacaq, müavinət ya davam etdiriləcək, ya da dayandırılacaq.

İllərdir fiziki və əqli qüsurlu insanları süni şəkildə məhkəmə qapılarında süründürməyə vadar edən agentliyin qarşısına nəhayət ki, Ali Məhkəmə tərəfindən sədd çəkildi. Biz də “Faktum.az” saytı adından Ali Məhkəmənin İnzibati Kollegiyasına qəbul etdiyi bu ədalətli və ali qərara görə təşəkkür edirik.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930