Zakir Qaralovun şirkətinin 1 milyondan çox borcu var

24-08-2026, 14:23 209 dəfə baxılıb

 

“Akkord Hydrotechnical Construction Company” MMC-nin dövlət büdcəsinə vergi borcu 1 milyon manatdan çoxdur.

Yenisirvanli.İnfo.Az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, şirkətin VÖEN-i 1502808541-dir.

Vergi ödəyicilərinin məlumatlarına əsasən, “Akkord Hydrotechnical Construction Company” MMC aktivdir, ƏDV qeydiyyatındadır və riskli vergi ödəyicisi hesab edilmir.

Şirkətin vergi borcu 1 168 901 manat təşkil edir.

“Akkord Hydrotechnical Construction Company” MMC “Akkord” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərib. Şirkətin əsas fəaliyyət istiqamətlərinə su təchizatı və kanalizasiya sistemlərinin, içməli və tullantı sularının təmizlənməsi qurğularının, su anbarlarının və digər infrastruktur obyektlərinin tikintisi daxildir.

Qeyd edək ki, şirkətin əvvəlki dövrlərdə də dövlət büdcəsinə böyük məbləğdə vergi borcu olub. 2022-ci ildə yayılan məlumatda onun vergi borcunun 2,122 milyon manat olduğu bildirilmişdi.

İddialara görə, “Akkord Hydrotechnical Construction Company” MMC-nin Azərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralova məxsus olduğu bildirilir.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930