Yararsız bina, köçürülən şöbələr: 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri bağlanır?

25-08-2026, 10:13 211 dəfə baxılıb

3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin fəaliyyətinin dayandırılacağı iddia olunur.

Yenisirvanli.İnfo.Az bildirir ki, təxminən bir ay əvvəl dispanserin Yoluxucu və Dəri şöbələri Hövsan qəsəbəsində yerləşən xəstəxanaya köçürülüb.

Məlumatda vurğulanıb ki, hazırda müəssisədə yalnız Poliklinika şöbəsi fəaliyyət göstərir.

Qeyd olunub ki, dispanserin baş həkimi məzuniyyətə getməzdən əvvəl müəssisənin də bağlanacağını bildirib:

"Əmri gözləyirik, bura da bağlanacaq".

Məlumata əsasən, dispanserdə mövcud şərait qənaətbəxş deyil, binanın vəziyyəti yararsızdır. Bağlanma səbəbi şəraitlə bağlıdır.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. Oxu.az


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031