“AZƏRMAŞ”da müştəriyə SƏBR SINAĞI?! – Sığorta pulu ayrılır, amma AZƏRMAŞ” avtomobil sahibini HƏFTƏLƏRLƏ GÖZLƏYİR
Nəqliyyat vasitəsinin qəzaya düşməsi onsuz da avtomobil sahibini həm maddi, həm də mənəvi baxımdan çətin vəziyyətə salır. Lakin qəza sonrası yaranan problemlərin bununla bitmədiyi, bəzi hallarda avtomobil sahiblərinin təmir və sığorta ödənişləri ilə bağlı həftələrlə gözləməli olduğu barədə narazılıqlar səsləndirilir.
Yenisirvanli.İnfo.Az bildirir ki, son vaxtlar “Azərmaş”ın müştərilərinin əsas şikayətlərindən birinin nəqliyyat hadisələrindən sonra sığorta şirkəti tərəfindən ayrılan vəsaitin gecikdirilməsi olduğu bildirilir. İddialara görə, sığorta şirkəti tərəfindən ödəniş üçün vəsait ayrıldıqdan sonra belə prosesin tamamlanması həftələrlə uzana bilir.
Burada əsas sual yaranır:
Avtomobil sahibi üçün bu, sadəcə vaxt itkisi deyil. Nəqliyyat vasitəsinin uzun müddət təmirdə qalması insanın gündəlik həyatına, işinə və digər planlarına birbaşa təsir edə bilər. Xüsusilə avtomobil gündəlik istifadə üçün zəruridirsə, gecikmə müştəri üçün əlavə çətinliklər yaradır.
Müştərinin haqlı olaraq gözləntisi odur ki, qəza ilə bağlı bütün prosedurlar mümkün qədər operativ həyata keçirilsin, sığorta tərəfindən ayrılmış vəsaitin ödənilməsi və avtomobilin təmir prosesi süni şəkildə uzadılmasın.
Əgər sığorta şirkəti tərəfindən vəsait artıq ayrılıbsa, həmin məbləğin müştəriyə çatdırılması prosesində yaranan gecikmələrin səbəbi də aydın şəkildə izah edilməlidir.
Məsələ ilə bağlı “Azərmaş” rəhbərliyinin mövqeyi də maraqlıdır. Müştərilərin iddiaları doğrudursa, şirkət bu cür gecikmələrin qarşısının alınması üçün hansı tədbirləri görür? Sığorta şirkətindən ayrılan vəsaitin ödənilməsində konkret hansı mərhələdə problem yaranır və müştəri niyə bu prosesin nəticəsini həftələrlə gözləməli olur?
Müştəri məmnuniyyəti yalnız avtomobil satmaqla və ya xidmət göstərməklə ölçülmür. Əsas məsələ problem yarandığı zaman müştərinin yanında olmaq və onun hüquqlarının qorunmasına lazımi münasibət göstərməkdir.
Qeyd edək ki, yazıda səsləndirilən fikirlər müştərilərin iddiaları əsasında qaldırılan məsələlərdir. “Azərmaş”ın və aidiyyəti sığorta şirkətlərinin mövqeyini dərc etməyə hazırıq. kainat.tv
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: