İKT şirkəti, yoxsa olimpiada podratçısı – Olimpiada yox, pul yarışı…
Emin Əmrullayev və dost-tanışlarından ibarət dəstənin Azərbaycanın beynəlxalq nüfuzuna vurduğu zərbəni əvvəlki araşdırmamızda ətraflı göstərmişdik. Bu dəstə metastaz vermiş xərçəng kimi təhsil sisteminin bütün sahələrinə yayılıb. Düşmən üzərində qələbə qazanan bir ölkənin, qlobal proseslərdə özünəməxsus strategiyası ilə fərqlənən bir dövlətin təhsil sisteminin bəlli dəstə tərəfindən amansızcasına talanmasına yol vermək olmaz. Aidiyyəti qurumlar, dövlətinin marağını düşünən səlahiyyətli şəxslər E.Əmrullayevin və dəstəsinin özbaşınalıqlarına səssiz qalmamalıdır.
“AIBO 2026” ətrafında üzə çıxan akademik dürüstlük qalmaqalından sonra indi növbəti olimpiada yeyintisini araşdırdıq. Söhbət şagirdlərin biliyindən deyil, olimpiada adı altında dövlət pullarının necə talan edilməsindən gedir. Görünən odur ki, olimpiadalar nazir və dəstəsi üçün bilik yarışı yox, büdcə vəsaitlərini mənimsəmək fürsətə çevrilib.
“Innovative Bussiness Products” MMC-yə ayrılan milyonlar – bəs hesabat?
Dövlət satınalmaları reyestrinin məlumatları göstərir ki, 2024-2025-ci illərdə olimpiada və intellektual yarışlar adı altında “Innovative Bussiness Products” MMC-yə dəyəri 3 milyon manatdan artıq müqavilə verilib. Əsasən İKT, veb-proqramlaşdırma və elektron təhsil profili ilə tanınan şirkətə fənn olimpiadalarının təşkili, beynəlxalq yarışlar və elmi müsabiqələr də ardıcıl olaraq həvalə edilib. Müqavilələr bir mənbədən bağlanıb, fənn ekspertlərinin və subpodratçıların açıqlanmaması isə dövlət vəsaitlərinin talanması ilə bağlı əsaslı şübhələr yaradır.
Dövlət satınalmalarının vahid internet portalında VÖEN 1002491601 üzrə apardığımız yoxlama bu şirkətə verilmiş müqavilələrin mənzərəsini ortaya qoyur. Aşağıda paylaşdığımız cədvəldə birbaşa olimpiadalar, fənn müsabiqələri və şagirdlərin elmi-intellektual yarışları ilə bağlı sifarişlər yer alır. Milyonlarla manatın dövr etdiyi bu sahədə heç kəs hesabat vermir, belə bir öhdəlik hiss eləmir. Rəsmən dərəbəylik!
Bu dəfə 3 milyonluq şübhə…
2024-cü ildə “Innovative Bussiness Products” MMC-yə 1,05 milyon manat, 2025-ci ildə isə 1,99 milyon manat məbləğində müqavilələr verilib. İki ilin ümumi məbləği 3,04 milyon manatdır. Bu vəsaitin 2,68 milyon manatı birbaşa fənn olimpiadaları, beynəlxalq iştirak, Respublika Fənn Müsabiqələri, Lütfi Zadə olimpiadası, Qərbi Azərbaycana qayıdış olimpiadası və “Sabahın alimləri” müsabiqəsinə aiddir.
“Bilbacar” müsabiqəsi üzrə daha iki müqavilə də əlavə ediləndə “Innovative Bussiness Products” MMC-nin intellektual yarışlar üzrə aldığı sifarişlərin ümumi dəyəri 3 milyon manatı keçir.
Reyestr müqavilənin ümumi məbləğini göstərir, amma pulun hara xərcləndiyini göstərmir. Məsələn, 638 min manatlıq Respublika Fənn Olimpiadaları müqaviləsində nə qədər vəsaitin imtahan materiallarına, nəqliyyata, zal və texniki xidmətlərə, ekspertlərə, nə qədərinin isə şirkətin öz xidmət haqqına getdiyi məlum deyil. Eyni sual 608 min manatlıq beynəlxalq olimpiadalarda iştirak müqaviləsinə də aiddir. Hansı ölkələrə, neçə komandaya və iştirakçıya nə qədər pul xərclənib? Səfər və yaşayış xərclərinin real qiyməti nə olub? Açıq kalkulyasiya yoxdur. Əsl rəzalət hökm sürür.
E.Əmrullayev və dünənə qədər tində-bucaqda dönər yeməklə gün keçirən Elnur Əliyev, el arasında “peraşki Nihad” kimi tanınan nazirin qaynı Nihad Hənifəyev və təhsildəki yeyinti dəstəsinin digər üzvləri başa düşürlər ki, dövlət portalında müqavilə məbləğinin görünməsi pulun faktiki necə xərcləndiyini sübut etmir. Bunun üçün müqavilələrin tam mətni, texniki tapşırıqlar, bank ödənişləri, elektron qaimələr, subpodrat müqavilələri və təhvil-təslim aktları açıqlanmalıdır. Bu sənədlər ortada olmadıqca, 3 milyon manatdan artıq dövlət vəsaitinin son ünvanını və göstərilən xidmətlərin real maya dəyərini müəyyən etmək mümkün deyil.
Özbaşınalığa diqqət edin: 24 müqavilədən 23-ü bir mənbədən verilib
2023-2026-cı illərdə “Innovative Bussiness Products” MMC ilə bağlanan 24 müqavilənin 23-ü bir mənbədən satınalma üsulu ilə verilib. Bu müqavilələrin ümumi dəyəri 9 milyon 678 min 774 manat 64 qəpikdir. Yalnız bir müqavilə təkliflər sorğusu yolu ilə keçirilib. Məqalədə göstərdiyimiz olimpiada və intellektual yarışlarla bağlı müqavilələrin isə hamısı bir mənbədən satınalma üsulu ilə bağlanıb. Əsas sual budur: Niyə?
Nə üçün dövlət milyonlarla manatlıq sifarişlərdə rəqabətli satınalma yolunu kənara qoyub, dönə-dönə eyni şirkətin qapısını döyüb? Bu suala E.Əmrullayev cavab verə bilərmi? Yaxud görəsən, aidiyyəti qurumlar bu rəzalətin üstünü nə zaman açacaqlar?
Bir mənbədən satınalma fövqəladə vəziyyətlər, konkret təchizatçının əvəzolunmaz olduğu xüsusi hallar və qanunda göstərilən digər istisnalar üçün nəzərdə tutulmuş mexanizmdir. Amma burada söhbət bir dəfəlik və təsadüfi sifarişdən getmir. Söhbət 24 müqavilədən 23-nün eyni üsulla verilməsindən gedir.
Üstəlik, söhbət elə xidmətlərdən gedir ki, onların əksəriyyətini bazarda fəaliyyət göstərən çoxsaylı şirkətlər həyata keçirə bilər: çap, logistika, nəqliyyat, qeydiyyat, platforma, yerləşdirmə, tədbir təşkili və digər texniki xidmətlər. Bəlkə bu şirkəti başqalarından fərqləndirən keyfiyyət var, xəbərimiz yoxdur?!
Hansı səbəbdən 24 sifarişin 23-də rəqabətə ehtiyac duyulmayıb? Nə üçün alternativ şirkətlər kənarda qalıb və dövlət milyonlarını bölüşdürmək üçün tenderə çıxmaq əvəzinə eyni ünvana müraciət edilib?
Əgər ortada xüsusi üstünlük varsa, bu şirkət əvəzolunmazdırsa, səbəbi açıqlansın. Alternativlər varsa, niyə onlara imkan verilməyib?
9 milyon 678 min 774 manat 64 qəpik təsadüfi rəqəm deyil. Bu, dövlət satınalmaları sistemində ciddi sual doğuran böyük pul dövriyyəsidir. Və bu pul dövriyyəsinin 24 müqavilənin 23-də eyni satınalma üsulu ilə eyni şirkətin ünvanına yönəlməsi daha böyük sual yaradır.
Burada araşdırılması əsas olan məsələ budur ki, dövlətin milyonları niyə rəqabətsiz şəkildə eyni şirkətin ətrafında dövr etdirilir.
E.Əmrullayev bütün bu sualların cavabını sözlə yox, sənədlə verməlidir. Onsuz da gec-tez bu suallar onun başının üzərində “Damokl qılıncı” kimi dayanacaq, cavab verməli olacaq. Bu zaman onu heç kəs qoruya bilməyəcək. Dövlətin sərt üzü ilə bu “yastı Salman” da tanış olacaq.
Olimpiada pulları haradan gəlir və hara gedir?
Olimpiadaların maliyyələşməsi yalnız dövlət büdcəsindən birbaşa ayrılan vəsaitlərlə məhdudlaşmır. Ümumi və ali təhsil müəssisələrində istedadlı şagird, müəllim və tələbələrin riyaziyyat, informatika və robototexnika üzrə olimpiadaya hazırlanması üçün Təhsil Texnologiyaları Mərkəzi vasitəsilə də vəsaitlər yönəldilib.
Deməli, ortada yalnız ARTİ və birbaşa olimpiada müqavilələri yoxdur. Eyni məqsəd üçün müxtəlif qurumlar və müxtəlif müqavilə mexanizmləri üzərindən dövlət vəsaitlərinin hərəkəti var. Bu pulların hansı xidmətlərə, kimlərə və hansı əsaslarla verildiyi isə ayrıca araşdırılmalıdır. Bunu da araşdıracağıq. Həmin müqavilələrin icrasını, vəsaitlərin hansı xidmətlərə və icraçılara yönəldiyini, işləri faktiki olaraq kimin gördüyünü növbəti araşdırmamızda təqdim edəcəyik.
Təhsil Texnologiyaları Mərkəzinin direktoru Emin İbrahimov barədə əvvəlki yazılarımızda da məlumat vermişik. O, nazir E.Əmrullayevin ən yaxın dost çevrəsinə daxildir. Heç şübhəsiz ki, bu əlaqə müqavilələrin bağlanması, maliyyələşməsi və icrası prosesinə də təsirsiz ötüşməyib.
İKT şirkəti, yoxsa milyonluq olimpiada podratçısı?
“Innovative Bussiness Products” MMC 2012-ci ildə yaradılıb və VÖEN-i 1002491601-dir. Media və açıq kommersiya məlumatlarında şirkətin qanuni təmsilçisi kimi Həsən İbrahimov Bəhlul oğlu göstərilir. Şirkətin öz internet səhifəsində əsas fəaliyyət istiqamətləri veb-sayt və veb-tətbiqlərin hazırlanması, elektron təhsil, LMS, məktəb və şagird idarəetmə sistemləri, rəqəmsal məzmun, hostinq, dizayn və İKT məsləhət xidmətləri kimi təqdim olunur.
Amma şirkətin saytında fənn olimpiadalarının elmi-metodiki təşkili, milli komandaların hazırlanması, beynəlxalq olimpiada logistikası və məxfi imtahan materiallarının idarə edilməsi ayrıca ixtisas sahəsi kimi göstərilmir. Riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə olimpiada ekspertlərinin adları, təcrübələri və CV-ləri də açıqlanmır. Bu, ya sənin işin deyil, ya da bunu məxfi saxlamaqla dövlət vəsaitlərini talamısan. Əks halda, yuxarıda sadalanan bütün vacib detallar açıq göstərilməli idi.
Milyonlarla manatlıq olimpiada sifarişləri alan şirkətin belə bir potensialı hansı mütəxəssislərlə təmin etdiyi barədə ictimaiyyətə heç bir əsaslandırılmış məlumat verilmir. Bu işləri kim görüb, ekspertlər kim olub, şirkət hansı mütəxəssisləri cəlb edib və dövlət milyonlarla manat ödədiyi xidmətlərin real icraçılarını niyə görə bilmir?
Həsən İbrahimov və şirkət ətrafında cavabsız suallar – Aidiyyəti qurumlar səssiz qalmamalıdır
“Innovative Bussiness Products” MMC-nin qanuni təmsilçisi kimi Həsən İbrahimov da E.Əmrullayevin yaxın çevrəsinə daxildir və rəhbərlik etdiyi şirkət bu çevrəyə bağlı dövlət sifarişlərinin yönəldildiyi kanallardan biridir. E.Əmrullayev və dəstəsinin dövlət büdcəsini dədə malı kimi talaması göz qabağındadır.
Aidiyyəti qurumlar onlardan bu sualların cavablarını soruşsalar yaxşı olar: 3 milyon manatdan artıq dövlət sifarişi hansı əsasla bu şirkətə verilib? Pullar son olaraq kimlərə çatıb? Hansı subpodratçılar işə cəlb olunub? Elektron qaimələrdə kimlərin adı keçir? Bank hesablarından hansı ödənişlər edilib? Təbii ki, bu sualların cavabı sənədlərdədir. Sənədlər açılarsa, ortada sadəcə şübhə olub-olmadığı da aydınlaşacaq.
Gələcəkdə ölkə rəhbərliyi təhsil sistemindəki problemlərə görə bu şəxsləri cəzalandırmalı olsa, o zaman heç kəs yaxasını kənara çəkməsin. Bəribaşdan ölkə rəhbərliyinin şəffaflıqla bağlı tapşırıqlarının icrası həyata keçirilməlidir. Burada heç kəsin E.Əmrullayevə qarşı qərəzi yoxdur, söhbət dövlət maraqlarından gedir və nazir, onun dostları da bu maraqlardan çox aşağıda dayanır. Ya da ümumiyyətlə bu kateqoriyada yer almır.
Pul şirkətə çatandan sonra nə baş verir?
Əsas problem pulun dövlət qurumundan şirkətin hesabına köçürülməsi ilə bitmir. Təlimçilər, ekspertlər, tədbir təşkilatçıları, logistika şirkətləri, platforma təchizatçıları və digər subpodratçılar açıqlanmadığı üçün pulun sonrakı hərəkətini izləmək mümkün deyil.
Emin Əmrullayev, Elnur Əliyev, Fuad Qarayev, Tural Ayvazlı, Valeh Mirzəliyev və Həsən İbrahimov arasında yaxın çevrə və maliyyə maraqları bu zəncirin əsas tərəfidir. Artıq el arasında “pul yuyan” adamlar kimi ad çıxaran bu dəstənin təhsilə rəhbərlik etməsi strateji maraqlarımıza tamamilə ziddir.
E.Əmrullayev bunun əksini sübut etmək istəyirsə, bank köçürmələri, elektron qaimələr, subpodrat müqavilələri, nağd pul çıxarışları, son benefisiarlar və qərarverən şəxslərlə maliyyə əlaqələrini təsdiqləyən sənədləri ortaya qoysun və aşağıdakı suallara cavab versin:
“Innovative Bussiness Products” MMC hansı olimpiada təcrübəsinə və hansı fənn ekspertlərinə əsasən seçilib?
Şirkətin 2024-cü ildən əvvəl olimpiadaların təşkili üzrə hansı təsdiqlənmiş iş təcrübəsi olub?
Bir mənbədən satınalmanın hər müqavilə üzrə konkret hüquqi əsası nədir?
Gözlənilən qiymət və müqavilə məbləğləri hansı bazar araşdırması ilə hesablanıb?
Şirkət işlərin hansı hissəsini öz əməkdaşları ilə, hansı hissəsini subpodratçılar vasitəsilə icra edib?
Subpodratçılar kimlərdir və onlara nə qədər vəsait ödənilib?
Beynəlxalq olimpiadalar üzrə ölkə, komanda və iştirakçı başına faktiki xərc nə qədər olub?
Təhvil-təslim aktlarında hansı nəticələr və keyfiyyət göstəriciləri təsdiqlənib?
Müqavilələrin təşəbbüs, razılaşdırma və qəbul zəncirində hansı vəzifəli şəxslər iştirak edib?
Elnur Əliyev və Fuad Qarayev bu müqavilələrin hazırlanması, icrası və qəbulunda hansı sənədləri imzalayıb?
Tural Ayvazlı və Valeh Mirzəliyevin konkret satınalmalarda hər hansı razılaşdırma, nəzarət və ya ödəniş səlahiyyəti olubmu?
Həsən İbrahimovun qanuni təmsilçisi və ya benefisiarı olduğu başqa şirkətlər hansılardır və onlar hansı dövlət sifarişlərini alıblar?
Ödənişlərin son benefisiarları və əlaqəli şəxslərlə mümkün münasibətlər araşdırılıbmı?
E.Əmrullayev və ətrafındakı şəxslər yaxşı bilirlər ki, şəffaflıq təmin edilmədikcə şübhələr aradan qalxmayacaq. Əksinə, hər gizli qalan sənəd bu 3 milyonluq olimpiada biznesinin üzərindəki sualları daha da böyüdəcək. Halbuki, nazirin bu məsələdən də “vəcdə” gələrək vurnuxacağına əminəm və bunu da dəqiq bilirəm ki, o, dövlət büdcəsinin talanmasına aydınlıq gətirmək istəmir. Çünki bu, yarıtmaz fəaliyyəti təsdiq etmək olardı – ağır məsuliyyətdir. Bəs, onu bu məsuliyyətdən yayındıran hansı gücdür? Kim E.Əmrullayev və dostlarının dövlət büdcəsini amansızcasına talamasına himayəçilik edə bilər!? Hansı güc hesab edir ki, E.Əmrullayev dövlətdən üstündür?


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
Netanyahunun inadkarlıq gambiti: riskli geosiyasət və ümidsizlik
Emin Əmrullayevin qaynının MİLYONLARI üzə çıxdı - ŞOK FAKTLAR, FOTOLAR
Təhsil Nazirliyində milyonluq "qayın" şəbəkəsi-Əmrullayevin sinif yoldaşları və qohumları bazarı necə ələ keçirib?-VİDEO
Bakıda geosiyasi bahar: nələr oldu, nələr olacaq?
Bakıda güclü qar, şaxta… – Milyonluq hazırlıq başladı
Məleykə Abbasazadə iradları dinləmək istəmir - NƏ BAŞ VERİR?
Mincivanın işğaldan azad olunmasından 6 il ötür
“Məclis.info” saytının rəhbərinə 12 il iş istənilib
Ramiz Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - VİDEO
Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu işə başlayıb
UEFA Çempionlar Liqası: “Sabah” “Borussiya”ya məğlub olub - VİDEO
Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək
Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
Mədinəyə dronla hücum olunub
Donald Tramp şok iddia irəli sürdü: "Rusiya axmaq bir generala görə Kiyevi tuta bilmədi, yoxsa bir günə müharibə bitərdi"
Bu sürücüləri 800 manat cərimə gözləyir – VİDEO
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər – ŞƏRTLƏR
Qaxda iki dost məktəbli qıza təcavüz etdi – TƏFƏRRÜAT
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var – FOTO
Buzovnada 4 mərtəbəli binada yanğın... - Sakinlər təxliyə edilib
NATO Qara dənizdə Rusiyaya qarşı... - Əlavə qüvvə göndərilir
Bakı-Xırdalan yolu ilə bağlı TƏKLİF
“Bank VTB (Azərbaycan)” əhalini sürətlə borclandırır- istehlak kreditlərində kəskin artım
Bakıda bağçada qida təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarlanıb
Bakıda 12 manatlıq quldurluq edən şəxslərə AĞIR CƏZA
YAP Mehdiyevi qovdu, İsa Həbibəyli niyə tələsmir?
Zəngəzur dəhlizindən Rusiyaya pay?!
“Kontakt Home”da müştəriyə qüsurlu mal satıldı – FOTO
Qonşuda meymunçiçəyi yayılıb – risk varmı?
Bu gün Bakı metrosu xüsusi rejimdə işləyəcək – SƏBƏB
DİQQƏT: “Kupça”sız evə bu yolla sənəd almaq olar
ABŞ Ukraynanı yarıyolda qoyub: "Təəssüf ki, yerinə yetirilməyən siyasi razılaşmalar var"
Emin Milli Hikmət Hacıyevin qəbulunda olub: “Görüş zamanı..." - FOTO
Tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
Bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilər - Kimlərdir?
Millidən uzaqlaşdırılan Ronaldodan ilk reaksiya
Ərdoğan erkən seçkiyə gedir? – Bakıdan gözlənti
Astara sakini pilləkəndən yıxılaraq ölüb
Azərbaycan əleyhinə çağırış edən aktyor axtarışa verildi
Baş nazirin müavinlərinin sayı artdı - Onlar kimlərdir?
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Azərbaycanda hərbçi ürəyindən əməliyyat olundu - VİDEO
Estetik əməliyyatlar icbari tibbi sığortaya daxil ediləcək?
Telefon zəngləri ilə bağlı mübahisə etdiyi tanışını bıçaqladı, 7 il cəza aldı
Cəlilabadda torpaq sirri: Kim satır, kim alır?-VİDEO
Zabrat qəsəbəsindəki BİABIRÇI asfalt örtüyü narazılıq yaratdı
Azərbaycanda bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq
Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - MƏHKƏMƏ
Lavrov Bakıda elə söz dedi ki… – Zəngəzura təhdid
Xırdalanda nəqliyyat sıxlığının azaldılması üçün iki yeni yol layihəsi həyata keçiriləcək
Kilsədə başına xaç düşən keşiş belə öldü – VİDEO
Tramp: "İranı vuiran günə qoyduq" - "Benzin qiymətləri əvvəlkindən daha da aşağı olacaq"
İntizar Həsənli "A+CO" şirkətində yeni vəzifəyə təyin olunub - BUNDAN SONRA...
Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO
"Özünü ələ al" müalicə deyil - Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır?
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Elnarə Abdullayeva nənə oldu - Fotolar
Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər
Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO
Kəmalə Günəşli özündən çıxdı: “Üzünə tüpürüb yola salacağam” – VİDEO
Əməkdar artist Rəşid Mahmudovu cərimələtdi - Məhkəmə prosesi
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi"
İran yeni qırıcı təyyarəni sınaqdan keçirəcək - müdafiə nazirindən AÇIQLAMA