Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?

15-10-2026, 10:53 10 003 dəfə baxılıb

 

Kəlbəcər rayonundan olan deputat Mircəlil Qasımlı Mingəçevir şəhərində seçicilərlə görüş keçirib.

Lakin görüşdə Mingəçevirdə yaşayan, Kəlbəcərin Zar kəndindən olan sakinlərin iştirak etməməsi suallar doğurub.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Zar kəndinin sakinləri görüşün məhdud sayda şəxsin iştirakı ilə təşkil olunduğunu iddia edirlər.

Sakinlər hesab edirlər ki, deputatın seçicilərlə görüşündə onların da iştirakı təmin edilməli, problem və təklifləri dinlənilməli idi.

Zar sakini Akif Alxanov deyib ki, Kəlbəcərin Zar kəndi Böyük Qayıdış Proqramı çərçivəsində yenidən inşa olunub və yaxın vaxtlarda kəndə köç prosesinin başlanması gözlənilir:

“Belə bir mərhələdə sakinlərin qarşılaşa biləcəyi problemlərin, sosial məsələlərin və gələcək yaşayışla bağlı təkliflərin müzakirəsi xüsusi əhəmiyyət daşıyır”.

Deputatın əsas vəzifələrindən biri təmsil etdiyi rayonun sakinlərinin problemlərini dinləmək, onların müraciətlərini aidiyyəti dövlət qurumlarına çatdırmaq və həlli istiqamətində təşəbbüslər göstərməkdir.

Bu baxımdan, Zar kəndinin sakinlərinin görüşdə iştirak etməməsi və onların problemlərinin deputata hansı formada çatdırılacağı sual doğurur.

Mircəlil Qasımlının seçicilərlə görüşünün hansı prinsiplə təşkil edildiyi, Zar kəndinin sakinlərinin niyə iştirak etmədiyi və onların problemlərinin dinlənilməsi üçün hansı addımların atılacağı maraq doğurur.Mediatv.az


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031