Ötən gün vətəndaşların bank kartlarından 15 min manata yaxın pul oğurlanıb

14-05-2025, 10:30 211 dəfə baxılıb

 

Vətəndaşların bank kartlarından mayın 13-də 15 min manata yaxın pul oğurlanıb...


 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Poliqon-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, onlayn cinayət davam edən və artan kiber təhlükədir:

"Şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur. Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir".

Məlumatda qeyd olunub ki, mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031